Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskvadan Bakıya hərəkət edən təyyarəsi sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar Mineralnıye Vodı şəhərinin hava limanında təcili eniş edib.
AzerTimes-ın məlumatına görə, bu barədə hava limanı bildirib.
Qeyd olunur ki, sərnişin Mineralnıye Vodıda endikdən sonra təyyarə Bakıya uçuşunu davam etdirib.