Rusiya Azərbaycan və Ermənistana parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib.
AzerTimes xəbər verir ki, bunu üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı nazir ümidvar olduğunu bildirib ki, bugünkü müzakirələr digər sahələrdə də danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcək:
“İndiki mərhələdə ən yaxın nəticə regionda nəqliyyat kommunikasiyalarının bloklanmasına dair konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavininin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır.
Bu kontekstdə nəqliyyat sektorunda artıq nəinki regional, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün də perspektivlər açılacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib.