Aİİ-nin Ali Şurasının ötən gün Moskvada keçirilən 10 illik yubiley sammitində iştirak edən bütün ölkə başçıları çıxışlarında bir gün öncə andişmə mərasimi keçirən Prezident Putinə təbriklərini çatdırıblar. Yalnız Ermənistan Baş naziri Nikol Paşinyan çıxışı boyu Putini təbrik etməyib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Rusiya mediası isə bildirib ki, Putini Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri, həmçinin sammitin qonaqları Kuba və Özbəkistan liderləri təbrik ediblər.