Moskvadakı erməni səfir Kiyevdəki erməni səfiri təhqir etdi

Moskvadakı erməni səfir Kiyevdəki erməni səfiri təhqir etdi

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan Baş nazir Nikol Paşinyana təcili olaraq Ukraynanı dəstəkləməyi tövsiyə edib. Onun sözlərinə görə, Ukraynanın qələbəsi bir neçə ayın məsələsidir.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Karapetyanın bu sözləri Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı özündən çıxarıb və həmkarını xəstə adlandırıb.

“İstəyirəm ki, xəstələr burada çıxış etməsin. Rusiya heç bir halda uduzmayacaq. Əgər hadisələr bu istiqamətdə getsə, Rusiya nüvə silahından istifadə edəcək”, – Arutyunyan bildirib.

Teqlər: