Moskvada “Vaqner” dəstəsinə dəstək üçün silahla çıxan iki nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, “Vaqner” döyüşçüləri Moskvaya doğru hərəkət edərkən iki gənc paytaxtın kənarında onlara dəstək olmaq qərarına gəlib.
20 yaşlı Danil və 18 yaşlı Yeqor silahla Çobotovskaya küçəsinə çıxıblar.
Polis əməkdaşları gəncləri yaşadıqları evdə saxlayıb. Onlardan ov tüfəngi götürülüb. Yeqor polisə bildirib ki, “Vaqner” döyüşçülərini müdafiə etmək üçün küçəyə çıxıb.
Hazırda gənclərlə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, “Vaqner”in Moskvaya yürüşü Belarus lideri Lukaşenkonun “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə 24 iyunda apardığı danışıqların nəticəsi olaraq dayandırılıb. Vaqnerçilər geri – səhra düşərgəsinə qaydıblar.