Moskvada may ayının 25-də üçtərəfli görüş olacaq.
AzerTimes xəbər verir ki, bununla bağlı Nikol Paşinyan hökumət iclasındakı çıxışında danışıb.
Paşinyan Ermənistanın üçtərəfli görüş təklifi ilə çıxış etdiyini bildirib.
Qeyd edək ki, sabah da Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü gözlənilir.