Rusiyanın paytaxtı Moskvada yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat verib.
“Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bomba xəbərdarlığı barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.