Moskvada təhlükə “narıncı” səviyyəyə qaldırıldı

Moskvada təhlükə “narıncı” səviyyəyə qaldırıldı

Rusiyanın Hidrometeorologiya Mərkəzi əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada təhlükə səviyyəsini “narıncı” səviyyəyə qaldırıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilib ki, bazar günü saat 18:00-dan bazar ertəsi 18:00-dək qüvvədə olan xəbərdarlıqda güclü yağış yağacağı bildirilib.

Hakimiyyət Moskva sakinlərindən küçədə diqqətli olmalarını, ağacların altında gizlənməmələrini və onların yaxınlığında avtomobil saxlamamalarını xahiş edir.

Qeyd edək ki, bu gün Moskvaya yağan yağışlar nəticəsində küçələr, binaların birinci mərtəbələri, marketlər və s. sel sularına qərq olub.

Teqlər: