Moskvada təbii fəlakət: 20 təyyarə yerə enə bilmir

Moskvada təbii fəlakət: 20 təyyarə yerə enə bilmir

Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləngiyir. Daha 20 təyyarə isə yerə enə bilmir.

AzerTimes xəbər verir ki, bu barədə “Yandeks” xidməti məlumat yayıb.

“Moskvada baş verən ən güclü qasırğa səbəbindən hava limanlarında uçuşlar ləğv edilib və azı 40 reys təxirə salınıb”, – məlumatda deyilir.

Bundan əvvəl paytaxt sakinləri iyulun 7-də Moskvada başlayan yağışdan sonra metronun “Paveletskaya” stansiyasının su altında qalması barədə məlumat vermişdilər.

Teqlər: