Erməni rəssam Edmond Petrosyanın 8-18 iyun tarixlərində Moskvada keçiriləcən sərgisinin adından “Dağlıq Qarabağ” ifadəsinin silinməsindən sonra “Stepenakert” sözü də “Xankəndi” ilə əvəzlənib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Rusiya Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçirilən “Dağlıq Qarabağın sirləri” adlı sərgisi haqda məlumat yaymışdı. Lakin Azərbaycan Mədəniyyət Nazirliyinin tələbi ilə sərginin adından “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Hazırda sərgi “Sirlər” adı altında davam edir.