Moskvada son vəziyyət: 27 reys gecikdi, 5-i ləğv olundu

Moskvada son vəziyyət: 27 reys gecikdi, 5-i ləğv olundu

Rusiyanın paytaxtı Moskvanın üç hava limanında – Vnukovo, Domodedovo və Şeremetyevoda əlverişsiz hava şəraiti səbəbindən azı 27 reys gecikib, daha beş reys təxirə salınıb.

AzerTimes xəbər verir ki, bu barədə “Yandeks” xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən gün Moskva vaxtı ilə saat 20.38-ə olan məlumata görə, Vnukovoda 10 reys gecikib, biri ləğv edilib, Domodedovoda 7 reys gecikib, üç reys ləğv edilib, Şeremetyevoda isə 10 reys gecikib, biri ləğv edilib.

“Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus söyləyib ki, Moskvada temperaturun mənfi 11 dərəcəyə enəcəyi gözlənilir.

Teqlər: