Moskvada sığınacaq hazırlığı: ABŞ “bombalayacaq”?

Moskvada sığınacaq hazırlığı: ABŞ “bombalayacaq”?

Rusiyanın niyə bombası sığınacaqlarına hazırlaşmasını araşdırdım. Deməli, Kreml rusları inandırmağa çalışır ki, guya Ukrayna və ABŞ Moskvanı bombalayacaq.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı jurnalist İqor Yakovenko “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Onlar rusları televiziya vasitəsilə “zombiləşdirməyə” çalışırlar, çünki bu yolla Rusiyanın Ukraynaya qarşı müharibəyə səfərbərlik çağırışı daha asan olacaq”, – o bildirib.

Jurnalistin sözlərinə görə, Rusiya təbliğatı moskvalıları bombalanacaqlarına inandırmağa çalışır:

“Rusiya vətəndaşları ABŞ və Ukraynanın onları kütləvi şəkildə öldürəcəyindən qorxur. Əlbəttə, bu barədə hər gün televiziyada danışılır. Əslində, rusların böyük bir hissəsi sadəcə əmindir ki, bu müharibəni Rusiya başlatmayıb.

Bu, Rusiyanın siyasətidir. Əvvəlcə televiziya vasitəsilə ruslara nəsə deyirlər, sonra hakimiyyət bunu təsdiqləməyə başlayır. Əvvəlcə təbliğat “Moskvanın bombalanmasından” danışırdı, indi isə Rusiyanın paytaxtında sığınacaqların hazırlanmasına başlayıblar”.

Teqlər: