Moskvada Şaxta baba paltarında olan şəxs yoldan keçən şəxsi döyüb.
AzerTimes xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlumata görə, Moskvanın Rojdestvenskaya küçəsində Şaxta baba paltarında olan bir nəfər yoldan keçən şəxsə yaxınlaşaraq ondan şeir söyləməsini istəyib. Lakin kişi bundan imtina edib. Daha sonra Şaxta baba əsa və kürək sapı ilə qurbanı döyüb. Bundan sonra o, kişinin telefonunu götürərək qarın içərisinə atıb.
Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər ona çoxsaylı hematoma, beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyublar.
Məsələ ilə bağlı araşdırma aparılır.