Dünən Moskvanın mərkəzində Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Yevgeni Lobaçevin meyiti tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 76 yaşlı general gəzməyə çıxıb və bir daha geri qayıtmayıb.
İyulun 20-də onun meyitini Kalaçinsk küçəsində pilləkəndə tapıblar. Meyitin yanında TT markalı tapança olub.
Son vaxtlar onun səhhətində ciddi problemlərin olduğu deyilir.