Moskva qələbə paradı keçirtdi

Moskva qələbə paradı keçirtdi

Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Moskvada, Qızıl meydanda hərbi parad keçirilir.

Paradda Rusiya silahlı qüvvələrinin 10 mindən çox hərbi qulluqçusu, 114 hərbi texnika iştirak edir. Moskva səmasından 72 hərbi təyyarə və helikopterin uçuşu həyata keçiriləcək.

Paradda Rusiya prezidenti Vladimir Putin, Moldova prezidenti İqor Dodon, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər. Paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə nazirinin prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzəsindən sonra hərbi parad başlayıb.

Paradın sonunda hərbi aviasiyanın uçuşları nəzərdə tutulsa da, hava şəraiti ilə əlaqədar hərbi keçidin bu hissəsi təxirə salınıb.

Parad bitəndən sonra V. Putin və İ. Dodon İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.