Rusiya paytaxtı Mosvkada qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb. Bu, isə rekord göstəricidir.
AzerTimes xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” nəşri məlumat yayıb.
Bu barədə danışan “Phobos” hava mərkəzinin mütəxəssisi Mixail Leus bildirib ki, əvvəlki rekord 1919-cu ildə qeydə alınıb. Həmin vaxt qar örtüyünün hündürlüyü 33 sm olub.