Xəbər verdiyimiz kimi, bu gün Moskvaya 25-ə yaxın yüngün PUA ilə hücum edilib.
AzerTimes xəbər verir ki, PUA-lardan birinin Yeni Moskvada, Atlasov küçəsində yaşayış binalarından birinə çırpılmasının görüntüləri yayılıb.
“Maş” (Mash) kanalının paylaşdığı videoda PUA-nın binada partlayışa səbəb olduğu görünür.
Qeyd edilib ki, PUA-nın çırpıldığı 25-ci mərtəbədəki mənzildə 3 nəfər yaşayır. Onlar partlayış zamanı xəsarət almayıblar.