Paytaxt Moskvada PUA-ların uçuşuna qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin qərarında qeyd olunub.
Məlumata görə, qadağa hökumət orqanlarının qərarı ilə istifadə olunan PUA-lara şamil edilməyəcək.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat xidməti bu gecə Ukraynaya məxsus iki PUA-nın Kremlə hücum etdiyini açıqlamışdı.