Moskvada yaşlı kişi oyuncaq avtomatla Prezident Administrasiyasına girməyə cəhd edib.
AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, aprelin 3-də Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşları üzərində avtomata bənzər əşya olan şübhəli şəxs görüblər. Ukrayna əsilli 69 yaşlı Viktor Krasivski adlı həmin şəxs Administrasiya binasına girməyə cəhd edərkən saxlanılıb. Onun üzərindən “Kalaşnikov” avtomatı formasında oyuncaq çıxıb.
Krasivski polisə ifadəsində deyib ki, 15 ildir Rusiya prezidenti ilə görüşməyə çalışır, amma hər dəfə ona rədd cavabı veriblər. Bu dəfə problemlərini müzakirə etmək üçün özü prezidentlə görüşməyə cəhd edib.
Onun psixiatriya xəstəxanasına göndərildiyi bildirilir.