Moskvada məmur və biznesmen övladları qəzaya düşdü

Moskvada məmur və biznesmen övladları qəzaya düşdü

Moskvada vəzifəli məmurların və iş adamlarının övladlarının olduğu BMV markalı avtomobil qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, BMV markalı avtomobil bu gün səhər saatlarında Petrovo-Dalneye kəndi yaxınlığında aşıb.

Yaralılar Rusiya İstintaq Komitəsinin sədrinin birinci müavini Eduard Kaburneyevin oğlu Lavr Kaburneyev, Uzaq Şərqin İnkişaf naziri Aleksey Çekunkovun qızı Alina Çekunkova, Baş Prokurorluğun Kadrlar Baş İdarəsinin rəisi Valeri Voinovun qızı Daria Voinova, “Doctor Martin” klinika şəbəkəsinin yaradıcısı Martiros Sərkisyanın oğlu Andrey Sərkisyan və özbək əsilli oliqarx İsgəndər Mahmudovun qızı Anastasiya Mahmudovadır.

Yaralıların hamısına kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.

Teqlər: