Rusiyanın paytaxtı Moskvada koronavirus pandemiyası ilə əlaqədar
tətbiq olunmuş maska rejimi ləğv edilir.
Trend-in
məlumatına görə, bunu paytaxtın meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, martın 15-dən etibarən Moskvada qoruyucu
maska taxmaq tələbi ləğv olunacaq. Bundan başqa, müəssisə və
təşkilatlarda tələb olunan bəzi addımlar, işçilərin qızdırmalarının
ölçülməsi, iş yerlərlərində işçilər arasında arakəsmələrin
qoyulması tələbi də aradan qaldırılır.
Qeyd edək ki, Moskvada mağaza və nəqliyyatda, müəssisə və
ictimai məkanlarda maska taxmaq tələbi 2020-ci il mayın 12-də
qüvvəyə minmişdi.