Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar kütləvi tədbirlərə məhdudiyyət qoyulub.
Trend-in məlumatına görə, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib.
O bildirib ki, bu gündən etibarən əyləncə tədbirlərinə mindən çox şəxsin toplanması qadağan ediləcək.
Bundan başqa, şəhər ərazisində uşaq meydançaları və parklar da bağlı qalacaq.
S.Sobyanın paytaxtda karantin tədbirlərinin iyunun 29-a kimi davam edəcəyini bildirib.
Qeyd edək ki, Rusiyada son sutkada 14 mindən çox yeni yoluxma qeydə alınıb. Moskva şəhərində ötən gün 6 mindən çox şəxs koronavirusa yoluxub.