Moskvada kütləvi dava edən azərbaycanlılardır? – Video

Moskvada kütləvi dava edən azərbaycanlılardır? – Video

Moskvanın cənubunda “Moskvoretski” bazarında kütləvi dava olub.

AzerTimes-ın məlumatına görə, kadrlarda iki kişi arasında necə münaqişə yarandığı, onun yanında izdiham olduğu görünür. Sonradan qarşıdurma kütləvi davaya çevrilir, qışqırıqlar eşidilir.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsinin verdiyi məlumata görə, dava satıcı ilə alıcı arasında yaranan mübahisədən sonra başlayıb. Hazırda polis 30 nəfərin hadisədə iştirakını yoxlayır.

Agentliyin həmsöhbətinin sözlərinə görə, davadan sonra bir nəfəri təcili yardım aparıb. “Moskvoretski” bazarında hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Bir mənbə davada iştirak edənlərin azərbaycanlılar olduğunu iddia edib.

Qeyd edək ki, bazar 1990-cı illərdə özəlləşdirilib. Bazar Rusiyanın və MDB-nin müxtəlif regionlarından olan miqrantların yaratdığı cinayətkar qrupların nəzarətində idi. 1990-cı illərin əvvəlindən “Moskvoretski” bazarına nəzarət uğrunda cinayətkar qruplar arasında qarşıdurma zamanı ən azı 17 nəfər öldürülüb.

2001-ci ildə Daxili İşlər Nazirliyinin və vergi polisinin əməkdaşları bazardakı vəziyyətə müdaxilə etməyə çalışsalar da, qətllər dalğası və əmlakın yenidən bölüşdürülməsi sonrakı illərdə də davam edib. 2000-ci illərin ortalarında bazarın sökülməsi və onun yerində müasir ticarət kompleksinin tikilməsi ilə bağlı şayiələr yayılmağa başladı.

2013-cü ildə Kremlpərəst istehlakçıların hüquqlarını müdafiə edən hərəkatın mitinqinə görə “Moskvoretski” bazarı yenidən medianın diqqət mərkəzinə çevrildi. Aksiya əlbəyaxa dava ilə başa çatdı, ertəsi gün bazar müvəqqəti olaraq bağlandı.

2014-cü ildə Moskva hökuməti bazarının ərazisini artırmadan onun təmirinə başladı. Yenidənqurma zamanı müasir ticarət meydançaları, əmtəə istehsalçıları və iri fabriklərin nümayəndələri üçün otaqlar tikilib, satış məntəqələrinin əksəriyyəti (400-dən 360-ı) kənd təsərrüfatı məhsulları satıcılarına verilib. 2015-ci ilin martında bazar yenidənqurmadan sonra açıldı.

2016-cı ildə “Moskvoretski” bazarı 60 illik yubileyini qeyd etdi. Bazarın sahibi “Gremm Group”un sahibi Mixail Goryainov oldu. 2017-ci ilin yayında Moskva hökuməti söküləcək obyektlərin siyahısını təsdiqlədi. Onların arasında istilik və elektrik şəbəkələrinin, su və qaz təchizatı sistemlərinin mühafizə zonasında yerləşən “Moskvoretski” bazarının ərazisi də var idi. Müvafiq sərəncamı Moskva meri Sergey Sobyanin imzaladı. Həmin ilin oktyabrına qədər Simferopol bulvarı tərəfdən bazarın binaları söküldü. Boşalan ərazi kortəbii avtomobil dayanacağı üçün istifadə olunmağa başladı. Bolotnikovskaya küçəsi tərəfdən ticarət mərkəzləri işini davam etdirib. Elə həmin il bazarın 2018-ci ilin martında başa çatan daha bir genişmiqyaslı yenidən qurulması başladı.

2018-ci ildən etibarən “Moskvoretski» bazarı Moskvada ən ucuz bazarlardan biridir. Mövsümi tərəvəz və meyvələrə ən çox tələbat var.

Teqlər: