Moskvanın bir neçə rayonunda quş qripi ilə əlaqədar karantin elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Moskva meriyası məlumat yayıb.
Məlumata görə, mayın 16-da Moskva şəhərinin Brateyevo rayonunda yüksək patogenli quş qripi aşkar edilib. Bununla əlaqədar şəhərin əksər ərazilərdə karantin rejimi tətbiq olunub.