Moskva Aviasiya Mərkəzinə məxsus Ka-32 helikopteri yandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Ostafyevo aerodromunda yanğın aprelin 25-dən 26-na keçən gecə baş verib. Naməlum şəxs “Şimal” dayanacağında dayanmış yanğınsöndürmə helikopterini yandırıb.
Kanalın məlumatına görə, Su və Hava Nəqliyyatı üzrə İstintaq Komitəsi terror aktı maddəsilə cinayət işi açıb.