

23:00
Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.
“İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun olub”, – deyə bildirilib.
Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.
***
İnsident nəticəsində yaralananların sayı 15-ə qalxıb.