Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri dördtərəfli görüş zamanı təmasları davam etdirmək barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yayımlanan məlumatda deyilir.
“İştirakçılar birbaşa və səmimi şəkildə öz yanaşmalarını açıqlayıb və təmasları davam etdirməyə razılaşıblar”, – deyə bildirilib.