İsrailin Moskvadakı səfirliyi önündə Fələstinə dəstək aksiyası keçirən 9 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.
Etirazçılar əllərində ölənlərin və dağıntıların fotoşəkillərini, eləcə də “Fələstin, biz yastayıq” şüarları olan plakatlar tutublar.
Aksiya iştirakçıları polis şöbəsinə aparılıb, barələrində “Mitinqin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasının pozulması” maddəsi ilə protokollar tərtib edilib.