Rusiyanın paytaxtı Moskvanın Kaşirski rayonunda baş verən kütləvi dava zamanı 41 yaşlı erməni Karen Ter-Xaçataryan öldürülüb.
AzerTimes Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Taraskovo kəndində qeydə alınıb.
İddiaya görə, Xaçataryan kənd sakini olan qızı ona sataşan asiyalı miqrantlardan qorumaq istəyib. Bu zaman yaranan mübahisə sonradan qanlı əlbəyaxa davaya səbəb olub və nəticədə 41 yaşlı erməni aldığı xəsarətlərdən yerindəcə keçinib.
Olayla bağlı Rusiya erməniləri birliyi də məlumat yayaraq baş verən hadisə fonunda mediadan və ictimaiyyətdən vəziyyəti gərginləşdirməməyi xahiş edib.
Faktla bağlı aparılan axtarış tədbirləri nəticəsində dava iştirakçıları saxlanılıb, onlardan 3-ü barəsində həbs-qətiimkan tədbiri seçilib