Moskvanın Basmannı məhkəməsi ölkədə arzuolunmaz QHT işinin təşkilində ittiham edilən erməni əsilli hüquqşunas və “Səs” hərəkatının (Rusiyada xarici agent kimi tanınır – red.) həmsədri Qriqori Melkonyantsın oktyabrın 17-dək həbs edilməsi barədə qərar verib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Məhkəmə oktyabrın 17-dək Melkonyants barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanlarının vəsatətinin təmin edilməsi barədə qərar çıxarıb”, – deyə bildirilib.
Qeyd edək ki, Melkonyantsa qarşı iş Rusiyada arzuolunmaz olan QHT-nin işinin təşkili maddəsi ilə “Qolos”un Avropanın seçki komissiyaları ilə qarşılıqlı əlaqəsi faktı ilə başlanıb.