Moskvada ermənilər arasında atışmanın videosu yayılıb.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, mübahisə 17 iyun tarixində baş verib. Belə ki, Böyük Qarakilsədən olan 44 yaşlı Vardan P ilə Gümrü sakini arasında kafelərdən birində dava olub. Nəticədə Gümrü sakini olan erməni öz həmyerlisini tapançadan açdığı atəşlə qətlə yetirib və hadisə yerindən qaçıb.
Rusiya hüquq-mühafizə orqanları qətli törədəni axtarır.