Moskvada dördtərəfli görüş… – Rusiya tarix açıqladı

Moskvada dördtərəfli görüş… – Rusiya tarix açıqladı

Aprelin əvvəlində Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilə bilər.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

“Hazırlaşırıq. Fikirləşirəm ki, aprelin əvvəlində Moskvada görüş olacaq. Bu, nazirlərin görüşünün hazırlanması üçün məsləhətləşmə xarakterlidir”, – o bildirib.

Qeyd edək ki, Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Yanvarda Ankara belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini təklif edib. Daha sonra Türkiyə Prezidenti Ərdoğan bildirib ki, İran da Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula bilər.

Teqlər: