Moskvada da azərbaycanlılara məğlub olduq – Arşakyan

Moskvada da azərbaycanlılara məğlub olduq – Arşakyan

Azərbaycanlılar bu dəfə də bizi Moskvanın mərkəzində biabır etdi. Bunu da kiçik bir məğlubiyyət kimi qiymətləndirmək olar. Azərbaycanın növbəti uğuru Ermənistanın – növbəti rusvaçılığı…

AzerTimes xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“9 noyabrda Moskvanın mərkəzində VDNX-nın Azərbaycan pavilyonunda işğaldan azad olunmuş Şuşa haqqında “Şuşa, sən azadsan!” filminin nümayişi təşkil olundu. Filmin banneri günlərcə Moskvanın bir çox yerində reklam olundu. Rusiyadakı Ermənistan səfirliyi və erməni lobbisi filmin nümayişinə mane olmaq üçün əllərindən gələni etdilər. Notalar yazıldı, şikayətlər verildi, amma heç bir nəticə olmadı. Ermənistanın təcavüzkar olduğunu nümayiş etdirən filmin baxışı rahatlıqla təşkil olundu. Bu, ermənilər üçün yeni bir məğlubiyyətdir. Artıq bizim Rusiyada da güclü diasporumuz yoxdur. O da Bakıya məğlub oldu”, – deyə o qeyd edib.

Teqlər: