Moskavada yaşayan azərbaycanlı tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.
İş adamının dostlarının AzerTimes-a verdiyi məlumata görə, S.Zeynalovun səhhətində bir müddətdir problem yaranıbmış. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.
İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kındində bu gün dəfn olunub.
Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Salman Abbas oğlu Zeynalov xeyriyyəçi idi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi.
Allah rəhmət eləsin.