Oktyabrın 12-si Rusiyanın paytaxtında Moskva və bütün Rusiya Patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə arasında görüş keçirilib.
AzerTimes-ın Moskva Patriarxlığınıın rəsmi saytına istinadən verdiyi məlumata görə, Allahşükür Paşazadəni salamlayaraq Patriarxı Kirill bildirib: “Biz sizinlə müntəzəm olaraq görüşürük və bu görüşlər həmişə mehriban, qardaş, etibarlı mühitdə keçir. Bu müddət ərzində həqiqətən bir-birimizə etibar mühiti formalaşıb: dini liderlərin, dini icmaların liderlərinin gündəmində olsalar da, eyni zamanda fərqli, o cümlədən siyasi ölçüləri olan çox çətin problemləri müzakirə etməli oluruq”.
Onun sözlərinə görə, hərbi münaqişənin aradan qaldırılmasına gəldikdə, “siyasi faktor mövcuddur və bəzən üstünlük təşkil edir”, bu da danışıqları çətinləşdirir:
“Dini liderlər tərəfindən çətin problemləri müzakirə etməyin üstünlüyü ortaq bir zəminin olmasıdır: Tanrıya inancımız, bağlı olduğumuz əxlaqi dəyərlər sistemi, müəyyən bir ədəb, bir-birimizə etibar. Bu, əlbəttə ki, çox əlverişli bir atmosfer yaradır və hətta bəzən danışıqlarımızın gündəmində olan çətin mövzuları da ümumi mənfəət naminə və heç bir mənfi nəticəsi olmadan sizinlə müzakirə edirik. Bu, əlbəttə ki, çox əlverişli mühit yaradır və hətta bəzən danışıqlarımızın gündəmində olan çətin mövzuları da ümumi mənfəət naminə və heç bir mənfi nəticəsi olmadan sizinlə müzakirə edirik”.
Daha sonra tərəflər sülhməramlı xidmət və dinlərarası qarşılıqlı fəaliyyət sahələrində əməkdaşlığın müxtəlif məsələlərini müzakirə ediblər.