Moskvada Azərbaycan günləri vacib və əlamətdar hadisədir – Timur Vaynşteyn

Xəbər - Trend:

Fevralın 21-dən martın 1-dək Moskvada Heydər Əliyev Fondunun
dəstəyi ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi münasibətilə silsilə tədbirlər
keçirilir.

Trend-in
məlumatına görə, Moskvada Azərbaycan günləri tədbirləri
çərçivəsində “Gelikon-opera” teatrında “Azərbaycanın musiqi
ulduzları Moskva səhnəsində” qala-konserti keçirilib.

Tanınmış teleprodüser Timur Vaynşteyn bildirib ki, Moskvada
Azərbaycan günlərinin keçirilməsi vacib və əlamətdar hadisədir.

“Bu cür tədbirlərin keçirilməsi vacibdir. Çünki xalqlarımız
arasında uzun illər mövcud olmuş mədəni mübadilələr bundan sonra da
davam edəcək. Bu cür tədbirlərdə iştirak etmək də vacibdir”, – deyə
o bildirib.

T.Vaynşteyn əlavə edib ki, “Gelikon-opera” teatrının
repertuarında Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi olan
Leonid Vaynşteynin “Zoluşka” operası da yer alır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: