Xəbər - Orxan Nəbiyev – Trend:
Moskvada çoxfunksiyalı xidmət mərkəzlərinin birində atışma baş verib.
Trend-in məlumatına görə, qapalı məkanda maska taxmaq tapşırığına əməl etməyən şəxs odlu silahdan atəş açıb.
Hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Yaralılardan birinin azyaşlı olduğu deyilir.
Polis atəş açan şəxsi saxlayıb.
Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar aparılır.