Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya anklavlarla bağlı məsələni müzakirə etməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik”ə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisindən məlumat verilib.
Qeyd edək ki, iyunun 2-də Moskvada üçtərəfli İşçi Qrupunun iclası keçirilib.
İclasda Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.