Moskvada 300 xarici şirkət işini dayandırıb

Rusiyanın paytaxtı Moskvada mindən çox xarici şirkətdən 300-ü
işini dayandırıb.

Trend-in
məlumatına görə, bunu şəhərin meri Sergey Sobyanin deyib.

O bildirib ki, həmin şirkətlərin gələcək taleyi onların
sahiblərinin qərarından asılı olacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlarla
əlaqədar çoxsaylı xarici şirkətlər ölkədə fəaliyyətini
dayandırdığını elan etmişdi.