Moskvada 150-dən artıq aviareys təxirə salınıb və ya ləğv edilib

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

AzerTimes-ın məlumatına görə, Bakı vaxtı ilə saat 18:25 üçün “Vnukovo” hava limanında 48 reys təxirə salınıb, 9-u ləğv edilib, “Domodedovo” hava limanında 61 reys təxirə salınıb, 7 reys isə ləğv edilib.

Bildirilir ki, “Şeremetyevo” hava limanında 17 aviareys təxirə salınıb, 9 aviareys ləğv edilib.

Qeyd edilir ki, aviareyslərin ləğv edilməsi və təxirə salınmasına səbəb güclü duman olub.