Moskvada 125 ilin ən isti havası olacaq

Moskvada 125 ilin ən isti havası olacaq

Gələn həftə Moskvada 30 dərəcədən yuxarı rekord istilik gözlənilir.

AzerTimes xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets deyib.

“Gələn həftənin proqnozu: son 125 ildə belə isti olmayıb. İki günlük fasilədən sonra gələn həftə Mərkəzi Rusiya sakinlərini 30 dərəcədən yuxarı temperatur gözləyir”, – Tişkovets bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə 1897-ci ildə Moskva meteoroloqları 33.9 dərəcə temperatur qeydə almışdılar.

Teqlər: