Rusiyanın Moskva vilayətində magistral yolda iki avtomobilin toqquşması nəticəsində doqquz yaşlı qız həyatını itirib.
Trend xəbər verir ki, Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Yeqoryevski rayonunun Mixali kəndində “KİA Sportage” və “Lada Kalina” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobildə olan sərnişin – 9 yaşlı qız həyatını itirib.
“Lada”-nın sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.