Moskva vilayətində yaşayış binasında yanğın nəticəsində ölənlər var

Moskva vilayətinin Mıtişi şəhərində baş verən yanğın nəticəsində
3 nəfər ölüb, 15 nəfər dəm qazından zəhərlənib.

Trend “TASS”-a
istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru və
hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yanğın 80 kv.m. sahəni əhatə edib. Yanğının söndürülməsi zamanı
8 nəfər təxliyyə edilib. Moskva vilayətinin prokurorluğu 3 nəfərin
ölümünü təsdiqləyib. Yanğınla bağlı araşdırmalara başlanılıb.