Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.