Moskva terrorundan bizim yox, ABŞ-ın xəbəri var idi… – Şolts

Moskva terrorundan bizim yox, ABŞ-ın xəbəri var idi… – Şolts

Almaniya kansleri Olaf Şolts ölkənin xüsusi xidmət orqanlarının Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumata malik olmadığını bildirib.

AzerTimes xəbər verir ki, o, bu barədə “Märkische Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

“Amma ola bilsin ki, ABŞ kəşfiyyat xidmətlərinin müəyyən məlumatları var idi. Bu cür məlumatlar olduqda digər ölkələri xəbərdar etmək ABŞ hökumətinin siyasətinin bir hissəsidir. Hətta ictimai xəbərdarlıq da etdilər. Bu dəhşətli terror aktının baş verməsi çox təəssüf doğurur”, – Şolts bildirib.

Teqlər: