Moskva sülhə zərrə qədər hazır deyil – Kuleba

Moskva sülhə zərrə qədər hazır deyil – Kuleba

Ukrayna və Rusiya arasında danışıqların aparılması barədə dünyanın müxtəlif yerlərindən ucalan səslər Moskvanın sülhə zərrə qədər də hazır olmadığını nəzərə almır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Rusiya daha çox insanı öldürmək, daha çox torpaq ələ keçirmək üçün Ukraynanın kənd və şəhərlərinə amansız hücumlar həyata keçirməkdə davam edir və bu, danışıqlar aparmaq, təcavüzü dayandırmaq və sülhü bərpa etmək istəyi kimi görünmür. Heç bir ölkə Ukrayna kimi sülhə can atmır. Amma biz bilirik ki, əsl sülh ədalətli və uzun olmalıdır”, – Kuleba bildirib.

Teqlər: