Moskva sakinlərinə istiyə görə xəbərdarlıq edildi

Moskva sakinlərinə istiyə görə xəbərdarlıq edildi

Moskvada bazar günü gözlənilən hava şəraiti ilə əlaqədar “Sarı səviyyə”də təhlükə barədə xəbərdarlıq edilib.

Bu barədə Rusiya Hidrometeoroloji Mərkəzi məlumat verib.

“Moskvada bazar günü güclü külək, yağış və tufan gözlənilir. Bununla əlaqədar “Sarı səviyyə”də – “hava potensial təhlükəlidir” – xəbərdarlıq elan edilir”, – deyə Mərkəzin məlumatında qeyd olunur.

Qeyd edək ki, Rusiyada anomal hava şəraiti hələ yazın əvvəlindən özünü göstərib. Belə ki, mayın sonlarında Moskva vilayətində tüğyan edən güclü tufan minlərlə ağacı kökündən çıxardı, evlərin dam örtüyünü uçurdu. 16 nəfər tufanın qurbanı oldu, 200 nəfər isə xəsarət aldı. Daha sonra güclü külək 2 nəfərin həyatına son qoydu. Təyyarə və qatar reysləri təxirə salındı.