Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib

Moskva Aİ-yə üzv dövlətlərin və qurumların Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş nümayəndələrinin siyahısını genişləndirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

“Rusiya tərəfi qarşılıqlılıq və paritet prinsipini rəhbər tutaraq, Rusiya Federasiyasının ərazisinə girişi qadağan olunmuş Aİ-yə üzv dövlətlərin və institutların nümayəndələrinin cavab siyahısını genişləndirmək qərarına gəlib”, – deyə XİN-dən bildirilib.


Rusiya Xarici İşlər Nazirliyinin sözügedən addım barədə məlumatlandıran notası Avropa İttifaqının Rusiyadakı nümayəndəliyinə göndərilib.