“Moskva” raket kreyseri batıb – Rusiya MN

“Moskva” raket kreyseri təyinat limanına çəkilməsi zamanı
fırtınalı dəniz şəraitində batıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən
bildiriblər.

“Moskva” kreyserində döyüş sursatının partlaması səbəbilə baş
verən yanğın nəticəsində gövdə zədələnib. Bununla bağlı gəmi
təyinat limanına çəkilməsi zamanı dayanaqlılığını itirib. Fırtınalı
dəniz şəraitində gəmi batıb”, – deyə Müdafiə Nazirliyindən
bildirilib.

Nazirlikdən əlavə edilib ki, kreyserin heyəti ərazidə olan digər
gəmilərə təxliyə edilib.