Xəbər - Sədrəddin Ağcayev – Trend:
Moskva Azərbaycan Prezidenti İlham Əliyevin kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun yaradılması ilə bağlı yanaşmasını və baxışını bölüşür.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Prezident İlham Əliyevin regionda vəziyyətin normallaşması barədə səsləndirdiyi mövqeyi yüksək qiymətləndirir və bu yanaşmanı bölüşür.
“Üçtərəfli işçi qrupu birgə infrastruktur təşəbbüslərinin parametrlərinin tezliklə tamamlanmasını və Cənubi Qafqazda nəqliyyat-logistika layihələrinin işə salınmasını hədəfləyir” – deyə səfir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)